Ermənilər sərhəddimizə yürüş edəcəklər: Bakıdan kömək istəyəcəklər

Ermənilər sərhəddimizə yürüş edəcəklər: Bakıdan kömək istəyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İrəvanın mərkəzində 44 günlük müharibə zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri etiraz aksiyaları keçiriblər.

Tribuna.az xəbər verir ki, onlar uşaqlarının tapılaraq, onlara təhvil verilməsini tələb edirlər.

Aksiya zamanı bir qrup erməni qadın bəyan edib ki, Ermənistan hökuməti onlara hər hansı cavab vermir. Bu səbəbdən də Azərbaycan sərhəddinə yürüş edəcəklərini bildiriblər.

Onlar deyiblər ki, əllərində ağ bayraq Həkəri körpüsünə (Laçın) qədər gedəcəklər və Azərbaycan tərəfindən uşaqlarının tapılması üçün kömək istəyəcəklər.

Fərda Uğur