Ermənilər sayəmizdə kef edir: İrəvanda benzin yenə ucuzlaşdı

Ermənilər sayəmizdə kef edir: İrəvanda benzin yenə ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Azərbaycan Ermənistana qısa müddət ərzində benzin və dizel yanacağı satıb.

Tribuna.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu iqtisadi əməkdaşlıqdan sonra ölkəsində yanacağın ucuzlaşdığını bildirmişdi.

Belə ki, o, qısa zamanda Azərbaycandan aldıqları benzin sayəsində yanacağın 15 faiz ucuzlaşdığını demişdi. Həmin vaxt bir litri 460 dram (1.20 dollar) satına benzinin 420 drama (1.10 dollara) düşdüyü qeyd edilirdi.

Dünən Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, qiymətin enməsi davam edir. O, bir litr Aİ95 markalı benzinin artıq 410 drama (1.07 dollara) düşdüyünü bildirib.

P.S. Ermənilər sayəmizdə kef edirlər. Əgər ağılları olsaydı, müharibə etməz, bunca imkanlardan da məhrum olmazdılar.

Fərda Uğur