Dünən İrəvanda hökumət evinin qarşısında bir qrup balıqçı fermer etiraz aksiyası keçirib.
Tribuna.az xəbər verir ki, onlar istehsal etdikləri balıq və balıq məhsullarını xaricə satmağın asanlaşdırılmasını və tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını tələb ediblər.
Aksiya iştirakçıları indiyə qədər Ermənistan hökumətinə etdikləri müraciətlərin cavabsız qaldıqlarını bildiriblər. Bu səbəbdən də İrəvan hökumətindən əllərini üzdüklərini və Azərbaycan rəhbərliyinə müraciət etmək məcburiyyətində olduqlarını deyiblər. Aksiyaçılardan biri deyib: “Hansı məktubu yazmalıyıq? Hara yazaq? İndiyə qədər yazdıqlarımıza əhəmiyyət verilməyib. Gəlin, Prezident İlham Əliyevə yazaq. Qoy, bizi Qarabağa qaytarsın. Çünki üz tutacağımız başqa bir yer yoxdur”.
Fərda Uğur









