Epşteyn öz ölümünü səhnələşdirib?

Epşteyn öz ölümünü səhnələşdirib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə maliyyəçi Ceffri Epşteynin 2019-cu il avqustun 10-da həbsxanada rəsmi olaraq ölməsinə baxmayaraq, öz ölümünü səhnələşdirmiş ola biləcəyi ilə bağlı versiya yenidən müzakirə olunur.

Tribuna.az xəbər verir ki,  müzakirələrə səbəb Epşteynin ölüm günü anonim 4chan forumunda yayımlanan köhnə bir paylaşım olub. Paylaşımın müəllifi özünü islah müəssisəsində çalışan şəxs kimi təqdim edərək, rəsmi ölüm xəbərindən bir neçə saat əvvəl məhbusun həbsxanadan çıxarılmasının şahidi olduğunu iddia edib. Onun sözlərinə görə, Epşteyn hərbi müşayiətlə, qeydiyyatsız mikroavtobusla, məhkəmə orderi və rəsmi göstərişlər olmadan aparılıb.

Paylaşımda həmçinin cəsədin dəyişdirilməsi ehtimalı irəli sürülüb. İddiaya görə, Epşteynin yerinə xarici görünüşcə ona bənzədiyi deyilən, daha əvvəl vəfat etmiş Hillari Klintonun qardaşı Entoni Rodemin cəsədi istifadə olunub. Bundan əlavə, müəllif Epşteynin ölümündən az əvvəl guya Rusiya vizası rəsmiləşdirdiyini də iddia edib.

Bu iddiaların heç biri rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Bəzi istifadəçilər bildirirlər ki, həmin paylaşım Epşteyn işi ilə bağlı materiallar arasında yer alıb və guya hüquq-mühafizə orqanları müəllifin şəxsiyyətini müəyyən edərək onun həqiqətən də həbsxanada çalışdığını təsdiqləyib. Lakin bu məlumatlara dair də rəsmi açıqlama verilməyib.

İmran Kərimli