Cefri Epşteynin ölümündən illər sonra onun İsraildə canlı görüldüyünə dair yayılan görüntülər geniş rezonans doğurub.
Tribuna.az-ın araşdırmasına əsasən, videolarda Epşteynlə çox bənzədilən bir şəxsin saqqallı, mülki formada üz cizgiləri dəyişmiş halda ictimai məkanda hərəkət etdiyi görünür.
Kadrlardakı şəxsin xarici görünüşü – saqqal, saç düzümü və geyim tərzi – onun tanınmasını çətinləşdirsə də, üz quruluşu və bədən dili Epşteynlə müqayisələrə səbəb olub. Görüntülər qısa müddətdə müxtəlif platformalarda yayılaraq “Epşteyn həqiqətən öldümü?” sualını yenidən gündəmə gətirib.
Rəsmi qurumlardan məsələ ilə bağlı hər hansı təsdiq və ya təkzib açıqlaması verilməsə də, video və fotolar qlobal miqyasda Epşteyn dosyesi ətrafında mövcud şübhələri daha da gücləndirib.
Qeyd edək ki, günlərdir medianı zəbt edən Epşteyn olayını astroloqlar da onun doğum xəritəsini analiz edərək yaşadığını, ölmədiyini dilə gətiriblər.
Çünki həbsdə öldüyü deyilən gün həbsxananın kameraları da çalışmayıb.
Ətraflı videomaterialı təqdim edirik:
Dəniz Pənahova









