İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkə üzrə ən güclü və ən zəif internet provayderlərin adlarını açıqlayıb.
Tribuna.az xəbər verir ki, İKTA-nın məlumatına əsasən, Azərbaycanda ən zəif, ən aşağı sürətli internet provayderi Delta Telecom Azerbaijan, FlexNET, Nest Fiber, Smart Online və Teleport-dadır.
İnternet provayderləri üçün ən yüksək sürət — 90+ Mbps
hesab edilir.
Orta Sürət isə 50–89 Mbps-dir.
Aşağı sürət isə 1–49 Mbps hesab edilir ki, yuxsrıda adı keçən internet provayderlərinim ötürdüyü interner sürəti bu qədərdir.
Halbuki bütün interner prodayderlərində aylıq ödənişin qiyməti 25 manatdan aşağı deyil.
Delta Telecom Azerbaijan, FlexNET, Nest Fiber, Smart Online və Teleport provayderləri digər provayderlərdən fərqli olaraq, müştəriyə 25 manat ödəniş qarşılığında 49 Mbps-dən yüksək olmayan internet verir.
Gülşən Rəsul









