Gəncədə 8 şagirdin zəhərləndiyi “Nur Dönər” kafesinin sahibi Elnur Nəbiyev zəhərlənmə faktına münasibət bildirib.
Iş adamı şagirdlərin dönəri aldıqdan sonra saxlanma qaydasını pozduqlarını iddia edib.
“Beş ildir burada fəaliyyət göstərirəm, heç bir zəhərlənmə faktı qeydə alınmayıb. Dünən təxminən saat 14 radələrində iki şagird gəlib 30 dönər götürdü, bu, kameralarda da var. 30 dönərdən səkkizində zəhərlənmə olub. Məndə olan məlumata görə, şagirdlərin çoxu dönəri aldıqdan sonra gec yeyiblər. Dönər hazır olandan sonra 30 dəqiqə ərzində yeyilməlidir. Ən azı iki saatdan sonra yeyiblər. Hətta bir nəfər dönərini qardaşına belə aparıb. Gecikmə olub, dönər vaxtında yeyilməyib”, – deyə o söyləyib.
Gəncədə 8 məktəblinin zəhərləndiyi dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Tribina.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regional bölməsinin əməkdaşları tərəfindən “Nur dönər” adlanadırılan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Hazırda araşdırmalar davam edir.
Həmin dönərxana şagirdlərin təhsil aldığı Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbə yaxındır.











