Rusiyada futbol üzrə dünya çempionatı davam edir.
APA-nın xəbərinə görə, bu günün ilk oyununda G qrupunda Belçika ilə Tunis yığmaları qarşılaşıb.
Paytaxt Moskvadakı “Spartak” stadionunda keçirilən oyunda Belçika rəqibinə 5:2 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə Belçikanın xalı 6-ya çatıb. Tunis isə ardıcıl ikinci məğlubiyyətini alıb.
Qrupun digər görüşündə İngiltərə Panama ilə qarşılaşacaq.
Belçika- Tunis – 5:2
Qollar: Eden Azar, 6 (pen.); 51. Romelu Lukaku, 16; 45+3. Mişi Batşuayi, 90 – Dilan Bronn, 18. Vəhbi Xəzri, 90+3
Hakimlər: Ceyr Marrufo, Kori Rokuell (hər ikisi ABŞ), Xuan Zumba (Salvador), Andres Kunya (Uruqvay)
Moskva, “Spartak” stadionu









