Namizədin adamları vətəndaşların üzərinə yeridi
80 saylı İmişli-Beyləqan seçki dairəsinin keçmiş deputatı, namizəd Çingiz Qənizadə Dünyamalılar kəndində növbəti seçici etirazı ilə qarşılanıb.
AFN xəbər verir ki, Ç.Qənizadə seçicilərlə görüşmək istəsə də, kənd sakinləri onu dinləməkdən imtina ediblər və deputat olduğu 10 ildə müxtəlif vaxtlarda ona problemləri ilə bağlı etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər. Görüşdə vətəndaşlarla namizədin ətrafında olan insanlar arasında mübahisə yaranıb, az qala əlbəyaxa davaya səbəb olacaq insidentə çevrilib. Hadisələri özündə əks etdirən videonu təqdim etməklə yanaşı, xatırladırıq ki, Ç.Qənizadə bundan əvvəl də bir neçə dəfə eyni halla üzləşib.
TİA.AZ
********************************************************************************
Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/









