Buker mükafatı namizədlərinin qısa siyahısı açıqlandı

Buker mükafatı namizədlərinin qısa siyahısı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buker mükafatı üzrə təşkilat komitəsi 2026-cı ilin qısa siyahısını açıqlayıb.
Tribuna.az  xəbər verir ki, siyahıya təqdim olunan 163 əsər arasından seçilmiş altı əsər daxil edilib.
Final siyahısı mükafatın rəsmi saytında dərc olunub.
Qısa siyahıda İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dən olan müəlliflər yer alıb. Onların arasında əvvəlki illərin qalibləri Marlon Ceyms və Duqlas Stüart, həmçinin üç dəfə namizəd olmuş Elizabet Strout da var. Siyahının yarısını isə ilk dəfə olaraq mükafatın final mərhələsinə yüksələn yazıçılar təşkil edir.
2026-cı il Buker mükafatının qısa siyahısı:
“Hər şeyin sonu” (The End of Everything) — Maykl Con Harrison
“Yoxa çıxanlar” (The Disappearers) — Marlon Ceyms
“Qara çanta” (Black Bag) — Lyuk Kennard
“Krala yemək verə bilərikmi?” (May We Feed the King) — Rebeka Perri
“Conun oğlu Con” (John of John) — Duqlas Stüart
“Heç vaxt demədiyimiz şeylər” (The Things We Never Say) — Elizabet Strout

Qeyd edək ki, mükafat ənənəvi olaraq Böyük Britaniya və İrlandiyada nəşr olunan ingilisdilli bədii nəsr əsərləri arasında ən yaxşı əsərə verilir.