Bu ərazilərdə mənzil qiymətləri bahalaşacaq

Bu ərazilərdə mənzil qiymətləri bahalaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni metro stansiyalarının inşası həmin ərazilərdə mənzil qiymətlərini bahalaşdıracaq. Xüsusilə Yeni Günəşli, Zabrat, Saray, Masazırda tikiləcək metro stansiyaları bu ərazilərdəki mənzil qiymətlərini xeyli yüksəldəcək.

Bu sözləri Tribuna.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib. Onun sözlərinə görə, mənzil bazarında qiymətə təsir edən əsas amil həmin əmlakın yerləşdiyi ərazidə infastrukturun formalaşmasıdır:

“Xüsusilə avtobus yolları, metro stansiyalarına yaxın olan ərazilərdə əmlakların satış qiyməti digər ərazilərdən daha baha qiymətə təklif olunur. Yeni qərara görə paytaxtda və ətraf bir çox ərazilərdə yeni metro stansiyaları inşa olunacaq. Bu da təbii olaraq həmin ərazilərdə yerləşən əmlak qiymətlərinə təsir edəcək.
Həmçinin onu da bildirim ki, bu təkcə qiymət artımına təsir etməyəcək. Həmin ərazilərə təlabat da artacaq və axın başlayacaq. İnfastrukturun rahatlığı həmin ərazidə yaşayış səviyyəsini artırır və yüksəldir. Metro xəttlərinin tikintisi o ərazilərə axını başladacaq.
Bu nisbətən paytaxtın boşalmasına, insanların ətraf ərazilərə də köçməsinə səbəb olacaq”.
Nigar İxtiyarqızı