Bitcoin və əsas kriptovalyutalar bahalaşdı

Bitcoin və əsas kriptovalyutalar bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində artım qeydə alınıb.

Tribuna.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına görə, “Bitcoin” son 24 saat ərzində 1,16 faiz bahalaşaraq 78 721,07 ABŞ dollarına yüksəlib.

“Ethereum”un qiyməti 2,10 faiz artaraq 2 474,89 dollar, BNB 1,13 faiz yüksələrək 693,81 dollar, “Solana” isə 1,74 faiz bahalaşaraq 103,88 dollar təşkil edib.

Digər əsas kriptovalyutalar arasında da müsbət dinamika müşahidə olunub. “Zcash” 4,81 faiz artımla 859,01 dollara, “Monero” 2,67 faiz artımla 516,71 dollara, “Bitcoin Cash” 1,55 faiz yüksəlişlə 248,10 dollara, “Bittensor” isə 1,38 faiz bahalaşaraq 231,07 dollara çatıb.

Qızıl əsaslı kriptovalyutaların qiymətində də artım qeydə alınıb. Belə ki, “PAX Gold” (PAXG) 0,42 faiz bahalaşaraq 4 438,91 dollara, “Tether Gold” (XAUT) isə 0,40 faiz artaraq 4 430,28 dollara yüksəlib.

“CoinMarketCap 20” indeksi də son sutkada 1,63 faiz artaraq 161,31 bəndə çatıb.

Bazar iştirakçıları kriptovalyutaların bahalaşmasını dolların son yüksəlişdən sonra geri çəkilməsi və alternativ aktivlərə marağın davam etməsi ilə əlaqələndirirlər. Bununla yanaşı, ABŞ Federal Ehtiyat Sisteminin sentyabr ayında faiz dərəcəsini artıracağı ilə bağlı gözləntilərin güclənməsi, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və geosiyasi risklərin artması riskli aktivlərə təzyiq yaradan əsas amillər olaraq qalır.