Bakının ən məşhur restoranı sökülür – FOTO

Bakının ən məşhur restoranı sökülür – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda paytaxtın qonaqları arasında ən məşhur restoranlardan olan “Təndir” sökülür.

Milli mətbəxin təamlarının təqdim olunduğu restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb.

“İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun əməkdaşlarının sözlərinə görə, bu ərazidə eyni anda bir neçə restoran sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq.

Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar./Oxu.az