MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb.
Tribuna.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 19 radələrində Şıx çimərliyində baş verib.
Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb.
Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.










