“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı

“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb.

Tribuna.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, MTK rəhbəri dələduzluqda ittiham olunur.

Məsələ burasındadır ki, şikayətlər ərasında Q.Fətullayelə bağlı cinayət araşdırması hələ ötən ildən başlanıb. Lakin sonran onunla bağlı başladılan cinayət işinə xitam verilib. Şikayətçilər isə bu qərarla barışmayaraq, onun ləğvinə məhkəmə qaydasında nail olublar.

Nəticədə Binəqədi Rayon Məhkəməsi şikayətçilərin iddiasını təmin edib və işin yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsinə dair qərar çıxarıb.

Qeyd edək ki, Q.Fətullayev şikayətçilərdən birinin mənzildən imtian etməsi haqqında ərizəsinə çəkilən imzanın saxtalaşdırılması kimi əməllərdə ittiham olunur.