“Azərenerji” ATSC bir gündə eyni məsələ ilə bağlı iki tender keçirib.
Tribuna.az xəbər verir ki, qurumun hər iki tenderi Yaşma ərazisində Xəzər dənizinin suyunu duzsuzlaşdıracaq zavodun elektrik təchizatı ilə bağlıdır.
Belə ki, “Azərenerji” 110/35/10 kV-luq GİS tipli Duzsuzlaşdırma YS-nın tikintisi və enerji sistemininə inteqrasiyası, Yaşma YS-da gücləndirmə və genişləndirmə işləri ilə birgə satınalınmasına dair keçirdiyi tenderin nəticəsini açıqlayıb. Məlkum olub ki, bu işləri “AZCONSTRUCTION” QSC həyata keçirəcək. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən həmin işlərin görülməsinə görə, 45 milyon 964 min 995 manat vəsait ayrılıb.
İkinci tender isə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun xarici elektrik təchizatı üzrə 110 kV-luq EVX-nin tikintisi və elektrikquraşdırma işləri ilə bağlıdır. Bu müsabiqənin qalibi isə “AZƏRELEKTRİK TİKİNTİ QURAŞDIRMA” MMC olub. Tenderin dəyəri isə 20 milyon 645 min 330 manat təşkil edəcək.
Fərda Uğur









