Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzərlik bitkisi ilə bağlı açıqlama yayıb.
Tribuna.az xəbər verir ki, qanunvericiliyə görə, tərkibində psixotrop təsirli maddə olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.
Səhiyyə Nazirliyi vətəndaşlarımızın sağlamlığının qorunması və onların hüquqi risklərdən qorunması məqsədilə maarifləndirmə işlərini davam etdirəcək.
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama alim-aqronom Xanəhməd Əsgərov bildirib ki, üzərliklə bağlı söhbət çoxdan gedir. Rusiyada üzzərliyə görə bizim bir neçə vətəndaşımızı tutublar.
Alimin sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılar adətən maşının güzgüsündən üzərlik asırlar. Əslində, bu, göz dəyməsin deyə edilib. Amma üzərliyin içində narkotik maddələr, harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur. Üzərliyi hal-hazırda narkotik kimi qiymətləndirirlər. Düşünürəm ki, bizim ölkədə də qadağan oluna bilər.
Xanəhməd Əsgərov qeyd edib ki, Rusiya televiziyasında bir alim üzərlik haqqında danışıb. Hətta, kimsə gömrükdən keçərkən, maşının güsgüsünə üzərlik taxdığı üçün onu tutmuşdular. Mən vətəndaşlara xəbərdarlıq edib, bu barədə məlumat verirdim.
Alim sonda vurğulayıb ki, üzərliyin tərkibində olan psixotrop maddələrə görə düşünürəm ki, qadağan olunmalıdır. Üzərlik yandırılan zaman onun tüstüsündən də bunu hiss edirəm.
Dəniz Pənahova









