Azərbaycanda Milli Məclis buraxılır

Azərbaycanda Milli Məclis buraxılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası bu saatlarda təcili iclas keçirir.

Saat 11-də başlayan iclasda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirlməsinin vacibliyi barədə çıxışlar edilib.

Bu çıxışlarda 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əsaslar olduğu vurğulaıb.

İclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunub.

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Siyasi Şuranın iclasının yekunları ilə bağlı saat 15.00-da mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, hazırda YAP-ın Siyasi Şurasında 85 nəfər, İdarə Heyətində 20 nəfər təmsil olunur.