Azərbaycanda həbs olunan icra başçısının oğlu məhkəmə hakimidir – FOTO

Azərbaycanda həbs olunan icra başçısının oğlu məhkəmə hakimidir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafanın həbs olunan icra başçısı Nizaməddin Quliyevin oğlu Nərimanov Rayon Məhkəməsinin hakimidir.

Oxu.Az-ın məlumatına görə, Nizaməddin Quliyevin oğlu Ramin Quliyevdir.

O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2001-2007-ci illərdə Apellyasiya Məhkəməsinin məhkəmə iclas katibi, 2007-2010-cu illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin məsləhətçisi, məhkəmə iclas katibi, 2010-2013-cü illərdə Ali Məhkəmənin məhkəmə nəzarətçisi işləyib.

2013-cü ildən isə o, Nərimanov Rayon Məhkəməsinin hakimidir.

Qeyd edək ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Nizaməddin Quliyev aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.