Azərbaycanda bu qədər pensiyaçı var

Azərbaycanda bu qədər pensiyaçı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 98 min 651 nəfər olub”.

Tribuna.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, pensiya xərcləri isə 7.1 milyard manat olub: “Orta pensiya orta aylıq əməkhaqqının 49.9 faizini, yaşa görə isə 53.2 faizini təşkil edib. Bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40-60 faizlik mütənasibliyə tam uyğundur”.