“Bakının elə yerlərində velosiped zolaqları var ki, tıxaca səbəb olur. Yəni 3-5 nəfər velosipedlə həmin zolaqdan keçmir, amma zolağa görə sürücülər əziyyət çəkir. Məncə, AYNA həmin ərazilərə baxış keçirməlidir”.
Bu sözləri Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, AYNA yarıtmazdır və bu qurumun fəaliyyəti sürücüləri boğaza yığıb.
Hüquq müdafiəçisi həmçinin deyib ki, Sumqayıt taksiləri haqda qərar məntiqsizdir: “Ona görə dövlət rəhbərliyi bu qurumun fəaliyyətini yoxlamalıdır.
Ölkədə xeyli insan artıq narazılıq edir. Yəni Bakıda nəqliyyatın hərəkəti iflic vəziyyətdədir.
Buna əncam çəkmək üçün dəyirmi masa qurulmalı, ictimai dinləmələr həyata keçirilməlidir”.
Gülşən Rəsul










