Ayaqqabı imperiyasının banisi yüzilliyin ən yaxşı sahibkarı sayılıb

Ayaqqabı imperiyasının banisi yüzilliyin ən yaxşı sahibkarı sayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çex Respublikası İqtisadi Palatası Çexoslovakiyanın yaradılmasının 100 illiyi ərəfəsində “Yüzilliyin sahibkarı” fəxri adının verilməsi üçün müsabiqəyə yekun vurub.

TİA.AZ  xəbər verir ki, reytinq ölkədə işləyən biznesmenlərin səsverməsi əsasında tərtib edilib.

Beynəlxalq ayaqqabı imperiyasının banisi Tomaş Batya “Yüzilliyin sahibkarı” hesab edilib. İkinci yeri Plzen şəhərində “Škoda” maşınqayırma şirkətinin əsasını qoyan Emil Şkoda tutub, üçüncü yerdə ixtiraçı Frantişek Krjijik qərarlaşıb. Kommunist rejimi 1989-cu ildə devrilənə qədər ölkədə işləyən biznesmenlərin heç biri “Yüzilliyin sahibkarı” adına ilk on namizədin sırasına daxil olmayıb.