Amil Yunanovun yeni klubu bilindi

Amil Yunanovun yeni klubu bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mingəçevir”dən ayrılan təcrübəli hücumçu Amil Yunanovun yeni klubu müəyyənləşib.

Tribuna.az xəbər verir ki, 33 yaşlı forvard karyerasını 2-ci Liqada davam etdirəcək.

O, qarşısına 1-ci Liqaya yüksəlmək hədəfi qoyan “Şirvan”la anlaşıb.

Bir vaxtlar Azərbaycan millisinə də çağırılan 33 yaşlı hücumçu “Kəpəz”, “Şamaxı”, “Turan Tovuz”, “Sumqayıt”, “Səbail” və “Şəfa”da da çıxış edib.

Qeyd edək ki, “Şirvan” ötən mövsüm debütantı olduğu 2-ci Liqanı 4-cü yerdə başa vurub. (fanat.az)