ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hərbi hədəflərə qarşı yeni və silsilə zərbələr endirildiyini açıqlayıb. Yüksək dəqiqlikli silahlardan istifadə edilməklə ölkənin bir neçə bölgəsində onlarla hərbi obyekt sıradan çıxarılıb.
Tribuna.az xəbər verir ki, CENTCOM-un bəyanatına görə, əməliyyat zamanı İranın hava hücumundan müdafiə (HHM) sistemləri, sahil radar stansiyaları, raket və PUA kompleksləri, eləcə də SEPAH-a məxsus kiçik hərbi katerlər hədəfə alınıb.









