ABŞ və İran arasında razılaşma ilə bağlı fikir ayrılıqları var.
Tribuna.az xəbər verir ki, bu iddia ilə “Bloomberg” Agentliyi çıxış edib.
Agantlik yazıb ki, bu, əsasən nüvə proqramı ilə bağlıdır. “Çünki ABŞ İranın nüvə obyektlərinin yoxlanılmasına icazə verdiyini, lakin İranın bunu təkzib etdiyi artıq dəqiqləşib”.
ABŞ-ın dövlət katibi Marko Rubio isə Tehrana çağırış edib. “İranı MAQATE müfəttişlərinin mümkün qədər tez girişinə icazə verməlidir”.
Bu əsnada məlum olub ki, İranla bağlı texniki danışıqlar gələn həftə davam edəcək. Ağ Ev təsdiqləyib ki, görüş 29 və ya 30 iyuna nəzərədə tutulub.









