8 saatlıq iş üçün məktəbdə nələr olmalıdır?

8 saatlıq iş üçün məktəbdə nələr olmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov müəllimlərin 8 saatlıq iş mühiti üçün nələr tələb edildiyini sıralayıb.

Tribuna xəbər verir ki, Q. Məhərrəmovun fikrincə, məktəblərin müəllimlərin 8 saatlıq iş mühitinə çevrilməsi üçün aşağıdakılar lazımdır:

1. Müəllimin ya ofisi, ya da özünə aid sinifi, həmin sinifdə kompüter və internet, kompüterin bağlı olduğu mərkəzi bir printer olmalıdır.

2. Müəllimin 30-60 dəqiqəlik günorta fasiləsi olmalıdır.

3. Müəllimlər otağında çay-kofe üçün şərait, oturmaq üçün kifayət qədər məkan və mebel olmalıdır.

4. Yeməkxanada/bufetdə müəllimlər üçün arakəsmə ilə ayrılmış yer olmalıdır ki, müəllim evindən gətirdiyi naharını rahat yeyə bilsin.

5. Müəllimin dərs saatı 18-25 saat arası olmalı və qalan saatları məktəbdə digər pedaqoji proseslərə xərcləməlidir.

6. Müəllimin məvacibi ay ərzində məktəbdə keçirdiyi bütün saatlar nəzərə alınaraq hesablanmalıdır. Məs. 4 həftə x 5 x 8 = 160 saat.

Gülşən Rəsul