Rusiyada bir pensiyaçı yolda içində bir milyon rubl olan inkassator çantası tapıb.
Qaynarinfo xəbər verir ki, hadisə Orenburq vilayətinin Novosergievski rayonunda baş verib.
Yerli DİN-in məlumatına görə, 72 yaşlı kişi maliyyə işçisinin itirdiyi çantanı bir qəpiyinə əl vurmadan polisə təhvil verib.
İnkassator özü polisə kişi çantanı təhvil verəndən sonra müraciət edib. Məlum olub ki, o, pulu təşkilatların birində xüsusi çantaya qoyub. Çantanı isə bir şirkət avtomobilinin damına qoyaraq unudub və yoluna davam edib. Avtomobil hərəkət edəndən sonra çanta yola düşüb.
İndi pulun aid olduğu maliyyə qurumu vicdanlı pensiyaçını mükafatlandırmaq niyyətindədir.









