Meksikanın Xarici İşlər naziri Marselo Ebrard “Twitter” səhifəsində ölkənin Argentinadakı səfiri Rikardo Valeronun səhhəti ilə əlaqədar işdən çıxdığını və nevroloji müalicə aldığını bildirib.
TİA.AZ xəbər verir ki, dekabrın əvvəlində 76 yaşlı diplomat Cakomo Kazanovanın bioqrafiyasını kitab mağazasından oğurlayarkən tutulub. Kitabın 10 dollardan aşağı olduğu deyilir.
Hadisənin müşahidə kameraları tərəfindən lentə alınan videosu KİV tərəfindən yayılandan sonra səfir Meksikaya çağırılıb.
2012-ci ildə Valero beyin əməliyyatı keçirib. Həkimlərin dediklərinə görə, baş verənlər fonunda hərtərəfli araşdırmaya ehtiyacı var.
Valero 2019-cu ilin martında Argentinaya səfir təyin edilib. 2001-2004-cü illərdə isə Çilidə bu vəzifəni daşıyıb.









