Keçən il , çoxdan planlaşdırdığım səfəri-Zaqatalaya getməyi axır ki,reallaşdırdım,avqustun 20-dan 29-can Azərbaycanın İsveçrəsi sayıla biləcək Zaqatalaya ailəvi səyahətimiz,həm də qonaq getməyimiz baş tutdu.Onu da qeyd edim ki,Zaqatalada olduğumuz müddətdə tur çərçivəsində avtobusla Qəbələdəki “Qəbələnd” əyləncə mərkəzinə ,”Nohur” gölünə Şəkinin görməli yerlərinə macal və imkan tapdıq.Arada müstəqil Balakənə də bir günlük baş çəkdik,daha doğrusu onun parkına.
Amma hələ ki, ilk yazılarımda yalnız Zaqatala təəsüratlarımdan yazacam.Ümid edirəm bu oxuculara da maraqlı olacaq.
Keçən il avqustda Zaqataladan qayıdanda açığı düşünürdüm ki,bu səyahət barədə tez bir zamanda maraqlı yazı hazırlayıb Ailetravel.net-ə yerləşdirəcəm.Çünki həmişə ordan-burdan “copy-past” edib ,kiminsə səyahəti haqda təssüratları,turizm,səyahət haqda xəbərləri yerləşdirmək yaxşı deyil.Hər bir jurnalist istəyir ki,saytında özəl materiallar olsun,həm də təkcə virtual səyahət etməyəsən,xaricə getməyə hələ ki imkan olmasa da arada heç olmasa Azərbaycanın hansısa bölgəsinə getməyə imkan tapasan.
Amma işlərin çoxluğundanmı, bəlkə də etiraf edim ki, sadəcə tənbəllikdənmi mən bu Zaqatalada olduğum 10 gün müddət ərzində görüklərim haqda indi –az qala bir ildən danışıram.Amma təskinlik tapmaq lazımdır ki,heç olmasa 2-3 ildən sonra yox… Düzdür ,açığı bu diyara mənim birinci gəlişim deyildi;Zaqatala mənim ana yurdumdur və uşaq vaxtı hər yayı-az qala 3 ay çəkən məktəb tətilinin hamısını sovet dövrü burada keçirmişəm.
Müstəqillik dövründə də dəfələrlə Zaqatala getmişəm ,amma hər dəfə gedəndə bir başqa Zaqatala kəşf etmişəm özümdə.Zaqatala ümumiyyətlə mənim üçün həmişə elə bil başqa paraleldə olan dünya olub ki,bura “düşəndə” özümü tam başqa,xoşbəxt hiss etmişəm.Bəlkə də qan çəkir,ona görə… Kimsə deyə bilər heç Avropanın tanınmış turistik şəhərlərinə səyahət edənlər bu qədər səyahətlərini vəsf etmirlər.Amma uşaqlıqdan qarış-qarış gəzdiyim Zaqatalnın küçələri mən açığı olmadığım Parisdən,Londondan da əziz və maraqlıdır.Sadəcə olaraq biz hərdən Azərbaycanın əksər guşələrinin nə qədər gözəl olduğunu bilmirik,həmin yerlərdə turizmi inkişaf etdirmirik.Halbuki ,Zaqatalanın gözəl eyvanı,arxitekturalı evləri olan Heydər Əliyev prospekti ilə gedən nabələd adam bilməsə, bir anlığa Avropada olmasını güman edə bilər.
Zaqatala, Heydər Əliyev prospekti -Ürəkaçan yerdir…
Ondan başlayım ki,Zaqatalaya Sumqayıtda yaşadığım üçün Sumqayıtdan getmək rahat olsa da Bakıdan getməyi qərar verdim.Birincisi Sumqayıtdan avtobus Zaqatalaya 10 manata aparırıdı,bundan başqa bu avtobuslar həm rahat deyildi,həm də əhalisinə görə Azərbaycanın 2 -ci şəhəri olan Sumqayıtın avtovağzalında bilet sistemi yoxdur.
Əslində Zaqatalaya işləyən avtobuslarda (Zaqatalaya Balakənə işləyən avtobuslarla da gedirlər) gediş haqqının dövlət qiyməti 10 manatdan aşağı olsa da keçmişi xatırladan,sovet dövründən qalma, ucqar rayon avtovağzallarını xatırladan Sumqayıt Avtovağzalından dediyim kimi dövlət qiymətinə bilet alıb getmək , demək olar ki. mümkün deyil . Sumqayıt Avtovağzalını müasir körkəmə salmaq və burada qayda-qanun yaratmaq ,xidməti yüksəltmək ,kartla,onlayn ödəməcəhənnəmə,heç olmasa 21-ci əsrdə gec də olsa bu vağzalda bilet sistemi qurulsa pis olmazdı.
Bakı Beynəlxalq Avtovağzalının saytında oxudum ki,Bakıdan 445 km məsafədə olan (məsafə hansı yolla,marşrutla getməkdən asılı olaraq dəyişə bilər).
Zaqatalaya bilet 6 manat 70 qəpik təşkil edir və mən də qərara aldım ki,bilet alıb oradan səfər edək.Amma əfsuslar olsun ki,avtovağzalın kassasında da bir balaca neqativ halla rastlaşdım.Belə ki,kassada işləyən xanım dedi ki,mən 3-4 gün əvvəl aldığım üçün 7 manat 50 qəpik manata yaxın pul ödəməliyəm və əgər göstərilən rəsmi qiymətə almaq istəsəm , gərək guya 3-4 saat qabaq alım.
Amma mən başa düşdüm ki,bu bəhanədən başqa bir şey deyildir.Bir qədər qanıqaraçalıq,problem yaşansa da gec də olsa sübut etdim ki,bu qanunsuzdur(əslində normalda qabqacadan ödənəndə ucuz olmalıdır) və öz qiymətinə 4 bilet almağa nail oldum,düzdür 20 qəpik də nə üçünsə yenə də əlavə alındı hər biletə görə.Problemin olmaması üçün və pulunuza qənaət etmək,öz qiymətinə bilet almaq üçün məsləhət görərdim ki,avtobusla Zaqatalaya və ya digər yerlərə getmək istəyənlər Bakı Beynəlxalq Avtovağzalı bbak.az saytına girib əvvəlcədən bilet alsınlar.
Burada söhbət mənim 3-4 manat artıq verməyimdən yox(əslində niyə verməliyəm?!) prinsip məsləsindən və vətəndaş olaraq öz huquqlarımın tapdanmasına yol verməməkdən gedir.Bu baxımdan demək olar ki,ölkənin əsas,özü də beynəlxalq avtovağzalında da vəziyyət ürəkaçan deyil.Nə isə…. bizim əsas mövzu Zaqatalaya səyahətdir.
Balaca oğlum Aydın səfər qabağı şəkil çəkdirir…
Böyük oğlum Nihat lap çoxdanın turistlərinə oxşayır…
Zaqatalaya qatarla da getmək olar əlbəttə ,amma açığı bu variantın da üstündən ona görə vaz keçdim ki,həm dəmiryolu qatarlarına olan qiymətlər qalxmışdı .Belə ki, qatarda siz 3 muxtelif vaqondan istifade ede bilersiniz: KUPE (4 yataqli)qəpiyi saymasaq 12 manat(aşağıya ,11manat) PLASKART tipli-ümumi yataqlı vaqona 9 manat,aşağıya 8 ),SV tipli (iki yataqli)olmuşdu.Həm də bu vaqonlarda kondisioner olmalı ikən olmaya da bilərdi.Əslində qatarla yol getmək düşünürəm ki,daha romantik ,əyləncəli maraqlı və romantikdir.Özü də ailəvi.
Qatarla getmək istəyənlər üçün onu da deyim ki,Bakı Dəmir Yolu Vağzalından Bakı-Köçərli-Balakən qatarı hər gün işləyir və bu qatar Zaqataladan da keçir.Yəni birbaşa Zaqatalaya qatar getmir. Səfər muddeti qatarla təxminən 11 saatdir,axşam 22:40-da Bakıdan çıxır qrafikə görə yola düşür,səhər saat 9:17-də Zaqatalaya çatır
Qatarla da bilet alanda çalışın onlayn alın ki,həm baha çıxmasın,həm də problem yaranmasın.Amma bilet şəxsiyyət vəsiqəsi vasitəsilə alına bilir.
Zaqataladan qatara biletlər mən sonra gördüm ki, Zaqatalanın keşmiş avtovağzalının binasının yanında,çayxananın yaxınlığında balaca ,sovet dövründən qalma köhnə,şəraitsiz bir yerdə satılır.Özü də mən şahidi oldum ki,kassir qadın biletləri öz qiymətindən baha satır ucdantutma.
Zaqatala Dəmiryol Stansiyasında olmasam da bildiyimə görə rayon mərkəzindənbir qədər aralıda yerləşir.Amma taksi ilə 3-4 nəfər gedəndə ucuz -1 manata getmək olar.
Onu da qeyd edim ki, vaxta qənaət etmək üçün və imkanınız yol verdiyi təqdirdə Zaqatalaya təyyarə ilə getmək arzusuna düşsəz bunu edə bilməyəcəksiz hələki.
Məlumat üçün bildiririm ki,Zaqatala Hava Limanı (əvvəllər“Pərzivan”hava limanı adlanırdı)Zaqatala şəhərində, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir. Təyyarə vağzalı kompleksinin və uçuş enmə zolağının (UEZ) yenidən qurulması 2008-ci ildə başa çatmışdır və bundan sonra 2009-cu ildə hava limanına beynəlxalq status verilmişdir.
Zaqatalaya,Zaqataladan uçuşlar bərpa olunsa da bu deyəsən çox çəkməyib.
Bakıdan uçuş müddəti 45 dəqiqə olub, biletin qiymeti isə 52 manat təşkil edib. Bakıdan Binə aeroportuna, Zaqatala Aeroportundan rayon mərkəzinə getmək üçün əlavə xərc istifadə etdiyiniz nəqliyyatdan (marşrut, taksi) asılı olaraq 4-9 manat intervalında dəyişib. Biletleri isə Bakıda «28 May» metrostansiyasının yaxınlığında, AZAL kassalarından ,həm də onlayn almaq olardı. Zaqatalada isə kassa deyilənə görə mərkəzdə – AG SARAY ticarət mərkəzində yerləşib.Amma təəsüflər olsun ki,indi Bakıdan Zaqatalaya təyyarə uçmur.Hər halda mən yazını yazmazdan bir qədər əvvəl AZAL-ın Feysbuk səhifəsindən soruşanda mənə belə bildirdirlər.Amma bəlkə də Zaqatala Hava Limanından harasa təyyarə uçur,amma bunu bilmirəm.İmkan olsa bunu da soruşaram.Çox güman ki,Zaqatalaya təyyarə reysləri bu reysin özünü doğrultmamağından,xeyir gətirməmiyindən,müştərilərin azlığından və bu məsafəni təyyarə getməyə imkanı çatan vətəndaşların çox az olmasından irəli gəlir.
Zaqatalaya gedən əksər ,müxtəlif komfortlu avtobuslar Bakı Beynəlxalq Avtovağzalından əsasən səhər saatlarında hərəkət edir.
Mercedes-Benz Sprinter avtobusları keçən il 10 manata aparırıdı,çox güman ki,indi də elədir. Səfər müddəti 6-8 saatla məhdudlaşır. Zaqatalaya taksi Bakı Beynəlxalq Avtovağzalının düz girəcəyindən.rayon istiqamətlərinə işləyən taksilərin işlədiyi yerdən və 20 yanvar metrosunun çıxışının yaxınlığından adambaşına 20 manata aparır.
Zaqatalaya işləyən avtobusların böyuk hissəsi fərdi , əsasən də avtobus sürücülərinin özlərinə məxsusdur. Sefer müddətində sizə çay , şirniyyat,şirin içkilər də verilə bilər avtobus sahibləri tərəfindən.Neçə ki,bizim avtobusda sürücü köməkçisi sərnişinlərə stəkanda şirin,qazlı soyuq içkilər süzüb təklif edirdi ki,yol boyu,bu xitmətlər də çox güman ki,müştəri yığmaq məqsədi ilə edilir və yxşı haldır.
Bütün avtobuslara əvvəlcədən zəng vurmaqla bilet sifariş etmək olur..
İnternetdən oxudum ki,ümumiyyətlə, Bakıdan Zaqatalaya əsasən iki yolla gedirlər : Kürdəmir (uzunlugu 440 km) və yaxud Şamaxıdan kecməklə (390 km). İsmayıllı yolu adlanan 3-cu marşrutdan az istifadə olunsa da bu ən qısa marşrutdur.Şəxsi avtomobillə gələnlər üçün bu yol məsləhət görülür.
Amma qış aylarında, bildirilir ki, Kürdəmirlə gəlmək məsləhətdir.Amma bu məlumatların nə dərəcədə düzgün olmasını deyə bilmirəm.İndi başımı qaşıyaraq fikirləşirəm bəs mən özüm bu dəfə hansı marşrut ilə getmişəm?!
Səfər müddətində adətən,neçə illə davam edən ənənəyə uyğun olaraq sürücülər Kürdəmirdə avtobusu yolun kənarında kafelerdə saxlayaraq 30 dəqiqə fasilə verir. Amma bu kafelerde nəsə yeməyiniz və içməyiniz o qədər də məsləhət deyil ,çünki həm baha ola bilir,həm də ən əsas yeməklər,qidalar belə tezbazar yeyilən yerlərdə keyfiyyətsiz olduğundan sağlamlığınızı təhlükə altına atımış olursunuz. .
Mikroavtobuslarla uzun yolu getmək bir qədər açığı təhlükəlidir… Avtobuslardan fərqli olaraq mikroavtobuslar Şamaxı yolundan da istiafdə edirlər. Düzdur, 15 yerlik Sprinterlərdən istifadə etməklə yolu 4-5 saata qədər azaltmaq olar,amma bu təhlükəlidir.Uşaq vaxtı -sovet dövrü və bir 20-30 il əvvəl yadıma gəlir Zaqatala-Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobuslar-SSRİ-də uzun müddət -yenidənqurma illərinəcən çox populyar olan Macarıstanın məşhur”Ikarus” avtobsları Zaqatalaya Ağsu perevalından keçərək gedirdi və fasilə kimi səhv etmirəmdə Ağdaşda saxlayırdı və çayın,yeməklərin qiymətləri yol kənarındadakı kafelərdə çox baha olurdu deyə sərnişinlər əksər hallarda özləri evdən yemək -kartof qızarması,kotlet (indiyəcən yadımdadır, balaca bankalarda)kolbasa,adi su götürürüdü uzun yol olduğu üçün.
Zaqatalaya gedən yol ardıcıllıqla İsmayıllı,Qəbələ,Oğuz , Şəki, Qax,dan geçir son nöqtə olaraq Balakənəcən aparır. Yadımdır ki,uşaq vaxtı kəndə xalalarımgilə gedəndə xoş həyacanla,səbrimi sıxa-sıxa yolboyu başımı şüşəyə söykəyə-söykəyə ,yola baxa-baxa şirin xəyallara dalırdım ( pəncərə tərəfdə oturmağı xoşlayırdım)və fikirləşirdim ki,nə vaxt sevimli Talaya çatacam,parkı görəcəm . “41-45″abidəsinin yanına çatanda isə ürəyim xöşbəxtlikdən tup-tup edib döyünürdü.
“Bizim” “Daewoo” …
Bizim iritutumlu,çoxyerli “Daewoo” markalı komfortlu avtobus 10:40-dan da bir az gec yola düşdü , yolda adəti üzrə yarım saatlıq yemək yemək,ayaqyoluna getmək və sairə üçün Kürdəmirdə yolun düz qırağındakı restoranda saxladı.Bir şeyi də qeyd edim ki,uzun illərdən bəri belə bir qayda var ki,uzaq reyslərə çıxan sürücülər adətən yemək yemək üçün avtobusu həmişə əvvəlcədən danışdığı eyni restoranda saxlayır və müştəri gətidiklərinə görə onlardan pul alınmır.
Avtobus Kürdəmirdə fasilə üçün ,yeməkxananın yanında saxladı
Kürdəmirdən başqa sürücü Şəki pavilyonu şirniyyət evində də saxladı ki,kimsə istəsə alış-veriş etsin.Reklam olmasın insafən qiymətlər pis deyildi buarada ,özü də əsl “Şəki” paxlavası da bişirilib satılırdı burda.Sərnişinlərin demək olar ki,hamısı nəsə aldı.Ümumiyyətlə yol kənarındakı bu kimi obyektlər yol maşınlarının hesabına belə düşünümək olar ki,heç də pis qazanmır və adamların maşınlarını yolda saxlayıb alış-veriş etməsinə hesablanmış bu biznes çox yaxşı biznesdir.

Amma gərək münasib yerdə olsun yol kənarında ,bir də müştəri yığasan gərək.
Biz Aşağı Talada qohumumgildə qalacağımdan elə avtobusdan Yuxarı Tala kəndində trassanın ortasında , 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Tala kəndlərinin döyüşçülərinin xatirəsinə ucaldılmış abidənin yanında düşdük.
(Ardı mütləq var…)
İmran Kərimli
TİA.AZ









































