Venesuela tankerləri “kabus gəmi” olub: ABŞ blokadasını belə yarmaq istəyirlər

Venesuela tankerləri “kabus gəmi” olub: ABŞ blokadasını belə yarmaq istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Venesuelaya tətbiq etdiyi dəniz blokadasından qaçmaq üçün sanksiya altındakı neft tankerləri hiyləyə əl atır.Tribuna.az New York Times-a istinadən xəbər verir ki,  ən azı 16 tanker ABŞ nəzarətini yarmağa çalışıb.

Gəmilər ya transponderləri söndürür, ya da özlərini başqa adla və başqa yerdə göstərirlər. Məsələn, Atlantikdə üzən tanker siqnal ötürür ki, guya Baltik dənizindədir. Bu üsula “spufinq” deyirlər və “kabus donanma”nın klassik taktikasıdır.

Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən tutulmasından sonra bu tankerlər Venesuela limanlarından qəfil yoxa çıxıb. Onlardan bəziləri icazəsiz limanı tərk edib. Bu isə ölkəyə müvəqqəti rəhbərlik edən Delsi Rodrigesin nəzarətinə açıq etiraz kimi qiymətləndirilir.

ABŞ prezidenti Donald Tramp dekabrın 16-da Venesuela neft tankerlərinə tam blokada elan edib. Dövlət katibi Marko Rubio bildirib ki, bu addım rejimin neftdən qazandığı pulları faktiki olaraq kəsib.

Blokada səbəbindən Venesuelada neft anbarları dolur, hasilatın dayanması isə infrastruktura zərər vura bilər. Amma buna baxmayaraq, dünya bazarında neft qiymətləri ciddi bahalaşmayıb – çünki bazarda kifayət qədər ehtiyat var.

İmran Kərimli