Ukrayna Rusiyanın Su-24 təyyarəsini VURDU

Ukrayna Rusiyanın Su-24 təyyarəsini VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal altında olan Krımın Sakı aerodromunda Rusiyaya məxsus Su-24 təyyarəsini vurub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, təyyarəyə dəyən zərərin dərəcəsi hazırda dəqiqləşdirilir.

Məlumata əsasən, sentyabrın 15-də və 16 sentyabr gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun bir sıra hərbi obyektlərinə zərbələr endirib.

Krımın Suvorovo və Risovo yaşayış məntəqələrində Rusiyanın “Qrenader” texniki kəşfiyyat vasitələrinin postları da vurulub.

Bundan başqa, Donetsk şəhəri yaxınlığında hücum PUA-larının saxlanması, hazırlanması və buraxılması məntəqəsi məhv edilib. Donetsk vilayətinin Staromlinovka və Pokrovsk, eləcə də Zaporojye vilayətinin Pokrovskoye yaşayış məntəqələrində PUA idarəetmə məntəqələri vurulub.

Luqansk vilayətinin Dovjansk şəhərində sursat anbarına, Rovenki və Zaporojye vilayətinin Berdyansk şəhərində isə yanacaq-sürtkü materiallarının saxlandığı bazalara zərbələr endirilib.

Baş Qərargah “əsas hərbi hədəflərə qarşı işlərin davam etdiyini” bildirib.

Qeyd edək ki, bu, Ukrayna qüvvələrinin Krımdakı Sakı aerodromunda Rusiya aviasiyasına qarşı həyata keçirdiyi son zərbələrdən biridir. Avqust ayında da həmin aerodromda Rusiyaya məxsus Su-24M bombardmançısı və dörd aerodrom texnikasının məhv edildiyi bildirilmişdi.