Bakıdakı tıxac problemi artıq sadəcə danışmaqla və müzakirə etməklə həll olunacaq məsələ deyil. Ciddi və sistemli addımlar atılmalıdır.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə deputat Razi Nurullayev çıxış edib. O bildirib ki, bu addımlar bəzən ağrılı və cəmiyyət üçün müəyyən narahatlıqlar yaradan qərarlar ola bilər:
“Amma başqa yolumuz yoxdur.
Bu gün insanlar səhər işə gedərkən iki-üç saatını yolda keçirir, axşam işdən çıxanda da eyni qədər vaxt itirirlər. İnsan evə çatanda artıq yorğun olur, istirahət etməyə vaxtı qalmır, bir neçə saat sonra isə yenidən işə getməlidir.
Belə həyat tərzində insanların istirahətinə, ailəsinə, özünə vaxt ayırmasına imkan qalmır.
Nəticədə isə gündəlik həyatın bir hissəsinə çevrilmiş tıxac ciddi stress yaranır.
Tıxac artıq yalnız nəqliyyat problemi deyil, insanların həyat keyfiyyətinə birbaşa təsir edən sosial problemdir.
Ona görə də bu məsələyə daha ciddi və uzunmüddətli yanaşmaq, bəzən çətin olsa belə, real qərarlar qəbul etmək lazımdır”.
Gülşən Rəsul









