Amerikanın “Tesla” şirkəti uçuşa hazır olduğu bildirilən yeni elektrikli idman avtomobili Roadster-i təqdim edib.
Tribuna.az xəbər verir ki, nümayiş zamanı avtomobil şaquli olaraq havaya qalxıb, çevrilərək təkərlərinin üzərinə enib.
Şirkətin baş direktoru İlon Maskın sözlərinə görə, xüsusi sıxılmış hava mühərriki ilə təchiz edilən avtomobil saatda 100 kilometr sürətə bir saniyədən az müddətdə çata bilər.
Roadster modelinin istehsalına 2028-ci ildə başlanması planlaşdırılır.









