Təcili! Metroda gedişhaqqı artır – Hüquq müdafiəçisindən REAKSİYA

Təcili! Metroda gedişhaqqı artır – Hüquq müdafiəçisindən REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metroda məsafəyə görə gedişhaqqının müəyyən olunması anlaşılmaz təklifdir.

Bunu Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib.

Onun sözlərinə görə, metropolitenin bu mövqeyi faktiki qiymət artımına getməkdir:


“Bu da ölkədə onsuz da hər şeyin bahalaşdığı bir vaxtda yeraltı nəqliyyatdan istifadə edən əhali üçün ciddi xərcdir. Eyni zamanda, bunun mexanizmi məsələsi var. Məsələn, bir stansiyadan o biri stansiyaya gedən sərnişinin harada minib, harada düşdüyünü necə müəyyən etmək olar?

Ona görə də bunun adı gedişhaqqını artırmaqdan başqa bir şey deyil.

Nəzərə alaq ki, metrodan daha çox tələbələr, təqaüdçülər, aztəminatlı insanlar istifadə edirlər. Ona görə də Türkiyədə və digər ölkələrdə olan güzəşt praktikasını bizdə də tətbiq etmək lazımdır”.

Nigar İxtiyarqızı