Sumqayıtda yolsuzluqdan əziyyət çəkənlər, rəsminin “səbr edin” tövsiyəsi – VİDEO

Sumqayıtda yolsuzluqdan əziyyət çəkənlər, rəsminin “səbr edin” tövsiyəsi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt şəhər 21-ci məhəllə sakinləri yolsuzluqdan əziyyət çəkirlər.

Şəhərin 21-ci məhəlləsinin Qorki küçəsində yaşayan sakinlər Xeberle.com-a daxili yolların bərbad vəziyyətdə olması və kanalizasiya borularının köhnə olduğu üçün sıradan çıxaraq küçələrə axdığını bildiriblər.

Sakinlərin saytımıza göndərdiyi videogörüntüdə də yolların ürəkaçan olmadığı öz əksini tapıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev isə sakinlərə səbr etməyi tövsiyə edir. Onun sözlərinə görə, Sumqayıt şəhərində 4 ildir ki, mərhələli şəkildə abadlıq quruculuq işləri aparılır: “Aparılan işlər sırasında şəhərin bütün küçə və prospektləri, həmçinin məhəllədaxili yollar təmir olunacaq”.