Separatçılar 2023-cü ildə rəhbərləri olan Samvel Şahramanyanın imzaladığı qondarma “dqr”in ləğvi ilə bağlı fərmanına yeni don geyindirməyə başlayıblar. Tribuna.az xəbər verir ki, əsasən separatçıların hüququqlarını qorumaqla məşğul olan vəkil Roman Yeritsyan iddia edib ki, həmin fərman qanuni sayıla bilməz.
O gülməli iddia irəli sürüb. “Qarabağın ləğvi ilə bağlı sərəncam imzalanıb. Nə birinci, nə də ikinci fərmanlar qüvvəyə minsə də, rəsmi qəzetdə yer almadığından onlar fərman və ya sənəd sayıla bilməz”.
Bundan başqa, Yeritsiyan Şahramanyana qahmar çıxaraq, qondarma “dqr”in ləğv edilmədiyini də iddia edib. “Həmin fərman sadəcə olaraq informasiya hiyləsi idi. Əhalinin təhlükəsizliyini təmin etmək, əhalini xilas etmək məqsədi daşıyırdı”.
P.S. Bu bədbəxtlər hər nə qədər don geyindirməyə çalışsalar da, hələ də anlamırlar ki, Qarabağ məsələsi bitib. Yoxdur Qarabağ məsələsi. Bu “kitab” 2023-cü ildə birdəfəlik bağlandı.
Fərda Uğur









