ABŞ senatorları bəyan ediblər ki, Rusiya Ukrayna ilə müharibəni dayandırmaq fikrində deyil.
Tribuna.az xəbər verir ki, onlar danışıqların sülhlə nəticələnəcəyinə də inanmırlar.
Senatorlar qeyd ediblər ki, Rusiyanın dayandırılmasının bir çox yolları var. Onlardan birincisi isə sanksiyaları sərtləşdirməkdir. “ABŞ Konqresi Rusiyadan neft, qaz və uran alan ölkələrə sanksiyalar tətbiq edəcək. Rusiyanı başqa şəkildə sıxışdırmaq mümkün deyil”.
Fərda Uğur









