Şəhriyar Məmmədyarov: “Növbəti iki ildə hər şeyi əldə etməyə çalışacam”

Şəhriyar Məmmədyarov: “Növbəti iki ildə hər şeyi əldə etməyə çalışacam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əziz şahmatsevər dostlar. Çox heyf ki, İddiaçılar Turnirinə çıxa bilmədim. Amma hər şey yaxşıdır”.  Bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov “Facebook” səhifəsində yazıb.  34 yaşlı qrossmeyster 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanmamasına münasibət bildirib. O qeyd edib ki, bunu qarşıdakı illərdə yenidən reallaşdıracağına inanır: “Növbəti iki il üçün var qüvvə ilə çalışıb, hər şeyi əldə etməyə çalışacam. Mənə dəstək olduğunuz üçün çox sağ olun”. Qeyd edək ki, Məmmədyarov İsrailin Yerusəlim keçirilən Qran-Prinin həlledici – IV mərhələsinin 1/8 finalında rusiyalı Dmitri Yakovenkoya məğlub olub.