“Özü də bu biznesin içində olub…” – 24 yaşlı gəncin intihar təfərrüatı

“Özü də bu biznesin içində olub…” – 24 yaşlı gəncin intihar təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az saytı Şəkidə 24 yaşlı gəncin intiharı ilə bağlı yeni məlumat əldə edib.

Rayon sakinlərindən birinin AzNews.az-a verdiyi məlumata görə, Orxan Elşən oğlu Məmmədov mayın 30-da səhər saatlarında intihar edib:

“Orxanın atasıgil 3 qardaşdır. Böyük qardaşları xərçəng xəstəsidir. Çox tərbiyəli, halal ailədirlər, öz zəhmətləri hesabına yaşayırlar. Şərikli ayaqqabı biznesləri var. Sexdə tikilən ayaqqabılar Şəki, Balakən, Oğuz, Qəbələ və Qaxın rayon bazarlarında satılır. Orxan özü də bu biznesin içində olub.

Orxanı mayın 30-da sexdə gördüm. Dalğın baxışları vardı. Hətta düşündüm ki, görəsən bu uşağa nə olub? Bu gün isə eşitdim ki, qapını arxadan bağlayaraq özünü asıb. Hadisəni eşidən kimi onun dalğın baxışları gözümün qabağına gəldi”.

Qeyd edək ki, Şəkidə intihar hadisəsi baş verib. Rayonun Axundov küçəsi, 126 ünvanında ayaqqabı sexində işləyən 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov sexin tavanından özünü asıb.