Nəsibi Nəbizadə canını “Qurtuluş”dan qurtara bilmir. Məncə reablitasiya mərkəzi adı altında fəaliyyət göstərən bu “konslager”in fəaliyyəti araşdırılmalı və rəhbəri məsuliyyətə cəlb edilməlidir!
Tribuna.az xəbər verir ki, bu sözləri sosial verilişlərdə ekspert kimi iştirak edən jurnalist Zülfiyyə Qurbanova bildirib. O qeyd edib ki, Nəsimi Nəbizadə qaçıbsa, deməli müalicə olunmaq istəmir:
“Əvvəla, bir insanın şəxsi həyatına müdaxilə yolverilməzdir və bu şəkildə ictimailəşməməlidir. Özlərini reklam etmək üçün bir insanı məsxərə obyektinə çevirib, el-aləmə rüsvay edirlər.

İkincisi, asılılıqdan müalicə könüllü olmalıdır. Məcburi deyil!
Adam qaçıbsa, demək, istəmir. Onun axtarışı ailə üzvlərinin müraciəti ilə olmalıdır. Başqaları tərəfindən axtarışı və gizləndiyi yerdən tapılaraq yenidən qaçdığı yerə götürülməsi ilk növbədə şəxsin azadlığının əlindən alınması, şəxsi həyat toxunulmazlığının pozulmasıdır!
Baş verənlər sivil qanunlarla idarə olunan bir ölkədə yolverilməzdir. Ümumiyyətlə, onların qanundankənar fəaliyyətlərinə hüquqi qiymət verilməlidir!”.
Z.Qurbanova Daxili İşlər Nazirliyini məsələyə müdaxilə etməyə səsləyib.
Nigar İxtiyarqızı










