Müğənni Rəqsanə İsmayılova atası ilə bağlı paylaşım edib.
Tribuna.az xəbər verir ki, müğənni atasının qayöısına ehtiyac duyduğunu, ancaq bu qayğıya möhtac qaldığını qeyd edib:
“Mən sənin qayğına hələ uşaq ikən möhtac idim, ata. Sən isə mənə ən çox lazım olduğun vaxtlarda yox idin.
Mən böyüdüm, amma içimdə həmişə sənin sevgini gözləyən o balaca qız qaldı.
İndi sən yoxsan. Nə səni gözləmək olur, nə də içimdə qalanları sənə demək…
Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim, amma sən mənim üçün həmişə ata olaraq qalacaqsan.
Mən sənin yoxluğuna yox, heç vaxt yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram.
Allah rəhmət eləsin, ata”.
Gülşən Rəsul










