Dünən İranın Məşhəd şəhərində iki fərqli qrup arasında toqqşuma baş verib.
Tribuna.az xəbər verir ki, toqquşan tərəflərdən biri hazırkı rejimin dəstəkçiləri, digəri isə islahatçı qanadın tərəfdarları olublar.
Belə ki, Məşhəddə İmam Rza ziyarətgahının mühafizəçiləri və ABŞ ilə mümkün razılaşmaya qarşı çıxan bir qrup rejim tərəfdarı arasında qarşıdurma yaşanıb. Rejim tərəfdarları İran prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmmədbağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçıya qarşı şüarlar səsləndiriblər. Onlar, habelə, mərhum ali lider Əli Xameneyinin qisasının alınmasını tələb ediblər. Bundan sonra ziyarətgahın təhlükəsizlik qüvvələrinin həmin şəxslərə müdaxilə edərək, əllərindəki şüarları alıblar. Özlərini isə ərazidən çıxarıblar.
Fərda Uğur









