Kişilərdən növbəti qələbə, xanımlardan ilk məğlubiyyət

Kişilərdən növbəti qələbə, xanımlardan ilk məğlubiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri keçirilib.

Oxu.Az xəbər verir ki, kişilərdən ibarət millimiz növbəti qələbəsini İngiltərə yığması üzərində qazanıb – 3,5:0,5.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Teymur Rəcəbov rəqiblərinə qalib gəlib. Arkadi Naydiç isə heç-heçə edib.

Qadınlardan ibarət yığma komanda isə Olimpiadada ilk məğlubiyyətini alıb. ABŞ millimizi məğlub edib – 2,5:1,5

Qeyd edək ki, kişi millimizin səkkiz, qadın millimizin isə altı xalı var.