Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin Qərar layihəsində öz əksini tapıb. Qərarın həbsdə olan keçmiş OMON-çulara da şamil edilib-edilməyəcəyi məlum deyil.
Bu barədə Tribuna.az-a danışan Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, amnistiya ağır silahlı cinayət törətmiş şəxslərə münasibətdə tətbiq olunmayacaq:
“Amnistiya qərarının 7-ci maddəsində bu qərarın kimlərə tətbiq edilməməsi barədə norma və məhdudiyyətlər var. Bu məhdudiyyətlərdən biri də ağır silahlı cinayət etmiş şəxslərə münasibətdədir.
Keçmiş OMON-çular olan Səfa Poladov və Arif Kazımov ömürlük azadlıqdan məhdumedilmiş şəxslərdir. Onlara münasibətdə amnistiya tərbiq olunmayacaq.
Onların məhkum olunduğu maddələr amnistiyaya düşməyib”.
Nigar İxtiyarqızı









