İtkin balıqçıların axtarışlarına helikopter cəlb olundu

İtkin balıqçıların axtarışlarına helikopter cəlb olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astarada itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edilib.

Tribuna.az xəbər verir ki, dekabrın 9-u səhər saat 08 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar – Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir.

Artıq FHN-ə məxsus helikopter də ərazidə axtarışlara başlayıb.

Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Onlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.