“İspaniya favoritdir” – Deşam

“İspaniya favoritdir” – Deşam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa millisinin baş məşqçisi Didye Deşam bu axşam dünya çempionatının yarımfinalında İspaniyaya qarşı keçirəcəkləri matçdan danışıb.

Tribuna.az  xəbər verir ki, o, rəqibi favorit gördüyünü bildirib:

“Kabo-Verde ilə oyunu unudun. Həmin matçdan sonra ispanlar dünya çempionatının qalibi olmağa əsas namizəd olduğunu göstərib. İspaniya həm çox güclü hücum futbolu oynayır, həm də müdafiədə çox etibarlıdır. Son altı oyunda cəmi bir qol buraxıblar”.

Deşam Mbappenin durumundan da söz açıb. Mbappe Mərakeşlə oyunda zədələnsə də, çalışdırıcı onun məşqə çıxdığını bildirib.

Qeyd edək ki, Fransa – İspaniya matçı bu gün saat 23:00-da başlayacaq.