2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan tələbələr Təhsil Tələbə Kreditindən (TTK) yararlana bilərlər.
Tribuna.az xəbər verir ki, Təhsil Tələbə Kreditindən yararlanmaq istəyən şəxslər ilk olaraq razılıq ərizəsi əldə etməli, daha sonra e-ttkf.edu.az portalında qeydiyyatdan keçərək müraciətlərini tamamlamalıdırlar.
Razılıq ərizəsini notariat ofislərindən, “ASAN xidmət” mərkəzlərindən, “Mobil Notariat” və ya “mygov” tətbiqindən əldə etmək mümkündür.
Müvafiq qurum bildirir ki, maddi çətinliklər tələbələrin təhsilini yarımçıq qoymasına səbəb olmamalıdır. Təhsil Tələbə Krediti tələbələrə təhsillərini davam etdirmək, bilik və bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək üçün maliyyə dəstəyi göstərir.
Təhsil Tələbə Krediti üçün müraciətlər e-ttkf.edu.az portalı üzərindən qəbul edilir.
Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə etmək mümkündür:
Ünvan: Səməd Vurğun küçəsi 34, AF Mall, 18-ci mərtəbə
☎️ Çağrı mərkəzi: 146-5, (012) 599 12 02
WhatsApp: 077 317 88 52, 077 317 88 53









