İsrail SEPAH döyüşçülərinin mühasirədə olduğu ərazini bombaladı

İsrail SEPAH döyüşçülərinin mühasirədə olduğu ərazini bombaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubundakı Nəbatiyyə şəhərinin kənarında Hizbullah-ın yeraltı obyektlərini məhv edib.

Tribuna.az xəbər verir ki, məlumatı Lebanon Debate xəbər portalı yayıb. Bildirilir ki, şəhərin şərqindəki Əli əl-Tahir yüksəkliklərində mühasirədə olan Hizbullah və SEPAH qüvvələri bu zərbələr nəticəsində itki verib. Ölən döyüşçülərin sayı barədə heç bir məlumat verilməyib.

İsrail hərbi sözçüsü Ella Vavijanın 27 avqustda ərəb dilində verdiyi açıqlamaya görə, hava hücumları Hizbullah-ın ordu mövqelərinə partlayıcı maddələrlə yüklənmiş bir neçə dron buraxmasına cavab idi.

Hava hücumları həmçinin Ərəb Səlim şəhərinə də endirilib, bombalanan Bəraşit, Qantara, Kfar Rumman və Əl Mansuridən itkilər barədə məlumat verilib. İsrail artilleriyası Hizbullah döyüşçü qruplarının müşahidə olunduğu Vadi əl-Suluqi və Vadi əl-Xocair ərazilərini atəşə tutub.

Xatırladaq ki, bir sıra mənbələr Əli əl-Tahir yüksəkliklərində Hizbullah-la yanaşı, 100-dək SEPAH döyüşüsünün də mühasirəyə alındığına dair məlumatlar yayır.