İraqdakı bombardmanda 20 iranlı müşavir öldürülüb

İraqdakı bombardmanda 20 iranlı müşavir öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ötən gün ABŞ və Səudiyyə Ərəbistanı İraqdakı İrana bağlı qrupların düşərgələrinə havadan zərbə endiriblər.

Tribuna.az xəbər verir ki, Nəcəf və daha bir neçə şəhərdə məskunlaşmış “Kətaib Hizbullah”, “Həşdi Şəbi” qruplaşmalarının mövqeləri bombalanıb.

İlkin məlumatlara görə, bu hücum zamanı sözügedən qruplaşmaların xeyli sayda üzvü həlak olub. Lakin onlarla paralel İranın bu təşkilatlara təhkim etdiyi xeyli sayda SEPAH zabitlərinin də öldürüldüyü bildirilir. Xarici medianın yazdığına görə, hücum zamanı aralarında SEPAH zabitləri və texniki heyətin də olduğu 20-yə yaxın iranlı hərbi müşavir həlak olub.

Fərda Uğur