SEPAH-ın Şiraz şəhərindəki “Sarallah” hərbi bazasına ABŞ tərəfindən endirilən raket zərbələri nəticəsində yüksək rütbəli komandirin həlak olduğu bildirilir.
Tribuna.az xəbər verir ki, bu barədə İranın “Fars News” Agentliyi məlumat yayıb.
Məlumata görə, ötən gün Sarallah bazası əvvəlcə dörd, təxminən 10 dəqiqə sonra isə daha üç raketlə hədəfə alınıb. Hücum nəticəsində “Sarallah” Korpusunun Bəsic Müqavimət Bölgəsinin komandanı, briqada generalı İbrahim Mürtəzəvi-Nəsəb öldürülüb.
Fərda Uğur









